Logo

Birinci “Yüksəliş” müsabiqəsinin qalibi tələbələrlə görüşüb - FOTO

04.12.2023 19:00 137 baxış
IMG

“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə Mentorluq proqramının növbəti görüşü keçirilib.

Tehsil.biz xəbər verir ki, birinci “Yüksəliş” müsabiqəsinin qalibi Ruslan Mirzəliyev proqrama qəbul olunan Bakı Dövlət Universitetinin tələbələri Cavid Mirzəzadə, Nihad Rəhimli və Eltac Allahyarlı ilə tanışlıq görüşü keçirib. Ruslan Mirzəliyev DOST Agentliyinin fəaliyyəti çərçivəsində cəmiyyətdə sosial məsələlərin həlli, texnologiya və innovasiyanın tətbiqi, tələbələrin cəmiyyət üzərində innovativ sahələrdə qazandığı təcrübələrdən danışıb. O, tələbələri fərdi inkişaf istiqamətləri barədə məlumatlandırıb, onlara həm fərdi, həm də sosial sahədə daha böyük nailiyyətlər qazanmaq üçün kömək göstərəcəyini bildirib. Ruslan Mirzəliyev Mentorluq proqramının gələcək gedişatı ilə bağlı atılacaq addımları bölüşüb.

Xəbər lenti