Peşə təhsili müəssisələrində fəaliyyət göstərən psixoloqların bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Bakı və Gəncə şəhərlərində təlimlər keçirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, təlimlərdə müvafiq sahə üzrə sənədləşmə işlərinin aparılması, peşə təhsili müəssisələrində psixoloqun rolu və məsuliyyəti mövzuları qeyd edilib, həmçinin psixoloji yanaşma metodları barədə interaktiv diskussiyalar aparılıb. Peşə təhsili müəssisələrində təhsil alan tələbələr barədə diaqnostik məlumatların toplanılması, onlarla korreksiya işlərinin aparılması və təhsilə cəlb edilmə metodları müzakirə edilib.
Təlimlərdə Bakı şəhəri və bölgələrdən ümumilikdə 50 psixoloq iştirak edib.