Logo

“Parlaq gələcəyim” layihəsi çərçivəsində şagirdlərlə görüş keçirilib - FOTO

04.12.2023 20:28 202 baxış
IMG

“Parlaq gələcəyim” layihəsi çərçivəsində Sabirabadın Mirzə Ələkbər Sabir adına 1 nömrəli orta məktəbində şagirdlərlə görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Açılış nitqi ilə çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi Vüqar Fərzəliyev layihənin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

İki yüzə yaxın şagirdin iştirak etdiyi görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Mehriban Fətullayeva xaricdə təhsil üzrə Dövlət Proqramı və hökumətlərarası təqaüd proqramlarına (HTP) qəbul barədə məlumat verib.

Tədbirdə üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi və HTP çərçivəsində Macarıstanın Peç Universitetində təhsil almış Sübhan Əsgərzadə mühəndislik ixtisası, düzgün peşə seçimi və gələcəyin tələb olunan ixtisas sahələri barədə şagirdləri məlumatlandırıb.

Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) ictimaiyyətlə əlaqələr üzrə meneceri Seyfur Hacımuradov təşkilat barədə məlumat verərək tələbə birlikləri, eləcə də ölkə daxilində və xaricində keçirilən tədbirlərdən danışıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və şagirdlər arasında keçirilən intellektual oyunlar çərçivəsində qaliblərə hədiyyələr təqdim olunub.

Xəbər lenti