Dekabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ABŞ-nin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektorunun müavini, dosent Ülviyyə Abbasova, Xarici dillər kafedrasının müdiri, dosent Fəridə Hüseynova, ABŞ-nin Azərbaycandakı səfirliyinin nümayəndələri - Mədəniyyət işləri üzrə məsul şəxs Salman Hacı, Təhsil mütəxəssisi Xanım Teilova, Regional ingilis dili mütəxəssisi John Silver, Regional koordinator Aycan Yaman, İngilis dili üzrə proqram koordinatoru Səbinə Abdullayeva, ADNSU-nun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları, həmçinin “Fulbright” proqramı çərçivəsində ADNSU-da tədris aparan amerikalı müəllim Tiffany Tilman və digərləri iştirak ediblər.
Görüşdə əvvəlcə qonaqlara universitetdəki tədris prosesi, beynəlxalq layihələr və əməkdaşlıq əlaqələri haqqında məlumat verilib.
ADNSU-da olmaqdan məmnunluqlarını bildirən Amerika səfirliyinin nümayəndələri universietdə təlim və "Workshop"ların keçirilməsinin önəmini qeyd edib, tələbə və müəllimlərin bu kimi təlimlərdə iştirakının onlar üçün əhəmiyyətindən danışıblar. Görüşdə "Workshop"ların təşkili ilə yanaşı, əməkdaşlıq oluna biləcək fəaliyyət sahələri də müzakirə edilib.
ADNSU-da tədris aparan T.Tilman tələbələrin hazırlıq səviyyəsi, aktivliyi, həmçinin bilik və bacarıqlarından danşıb, gənclərin ingilis dilinə marağını qeyd edib.