Logo

MDU-da "Tetahilinq nədir?” mövzusunda təlim keçirilib - FOTO

05.12.2023 09:33 201 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Tetahilinq nədir?” mövzusunda təlim keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, MDU məzunu, şəxsi inkişaf üzrə mentor Rəminə Heydərova tərəfindən keçirilən təlimdə ali məktəbin bir qrup əməkdaşı, tələbə və magistrantlar iştirak edib.

Təlimçi təqdimatla çıxış edərək şüuraltı terapiya üsulu olan tetahilinqin mahiyyətindən, şəxsi inkişafda, uğurlarda, motivasiyada və yaşam keyfiyyətinin artırılmasında bu metodun əhəmiyyətli rolundan bəhs edib.

Maraqla qarşılanan təqdimat ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti