Logo

Antalya Şəhər Teatrı Bakıda çıxış edib - FOTO

05.12.2023 10:10 180 baxış
IMG

Dekabrın 4-də Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq teatr” layihəsi çərçivəsində Antalya Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrı Bakıda “Gecikənlər” tamaşası ilə çıxış edib.

Tehsil.biz xəbər verir ki, səhnə əsəri Antalya Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrının 40 illik yubileyi münasibətilə nümayiş olunub.

Maraqla qarşılanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyevdir.

Nümayişdən sonra Antalya Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrı Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə və yaranmasının 40 illik yubileyi münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə mükafatlandırılıb. Həmçinin teatrın yaradıcı heyətinin nümayəndələri – Mehmet Özgür, Hasibe Aygül Özgür, Sencan Köymen, Safinaz Özgür, Anıl Şereflioğlu, Selim Turgay Deli, Seyfi Albayrak və Əməkdar artisti Nofəl Vəliyev Fəxri fərmanla təltif olunublar.

Xəbər lenti