Logo

BAAU-da Ədalət Tahirzadənin elmi-pedaqoji fəaliyyətinin 30 illiyinə həsr edilmiş tədbir keçirilib - FOTO

05.12.2023 10:39 150 baxış
IMG

Bakı Avrasiya Universitetinin (BAAU) Nəzəri dilçilik və türk dilləri kafedrasının professoru Ədalət Tahirzadənin elmi-pedaqoji fəaliyyətinin 30 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, universitetin rektoru, professor Nazim Hüseynli Ədalət Tahirzadəyə Bakı Avrasiya Universitetində 30 illik fəaliyyətini yüksək qimətləndirərək xidmətlərinə, o cümlədən Azərbaycan filologiyası və tarixinə verdiyi əvəzsiz töhfələrə görə təşəkkür edib.

Daha sonra tədbir universitetin professor-müəllim heyətinin və tələbələrinin iştirakı ilə konfrans zalında davam etdirilib. Tədbirdə çıxış edən Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri dosent Zəminə Rüstəmbəyli, elmi işlər üzrə prorektoru Gülzar İbrahimovaya, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri professor Elmira Məmmədova-Kekeç və digərləri Ədalət müəllimə xoş arzularını bildiriblər, ölkəmizin müstəqillik yolunda bir vətəndaş, bir alim kimi xidmətlərindən geniş söz açıblar.

Tədbirdə, eyni zamanda “Çapar yayınları”nın təsisçisi Yusif İlhamoğlu və koordinatoru Türkan Əliyeva da söz alaraq xoş xatirələrini bölüşüblər. Daha sonra tələbələrin hazırladıqları Ədalət Tahirzadənin həyat və fəaliyyətindən bəhs edən slayd nümayiş etdirilib, hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

​​​​​​

Xəbər lenti