Logo

Zoologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

05.12.2023 11:08 142 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

İclasda Protozoologiya, Parazit-Sahib münasibətlərinin biokimyası laboratoriyasının və Parazitologiya laboratoriyasının yekun hesabatları dinlənilib.

Protozoologiya laboratoriyasının yekun hesabatı haqqında AMEA-nın müxbir üzvü İlham Ələkbərov, b.e.d., dosent Həmidə Qaibova, Parazit-Sahib münasibətlərinin biokimyası laboratoriyasının yekun hesabatı haqqında b.e.d Elşad Əhmədov, b.e.d., professor Şəfiqə Topçiyeva, Parazitologiya laboratoriyasının yekun hesabatları haqqında Asif Manafov, b.e.d., dosent Yeganə Mahmudova, b.e.d., dosent Əli Nəsirov, b.e.d., dosent Mahir Hüseynov məruzələrlə çıxış edib. Təhsil şöbəsinin müdiri b.ü.f.d Şəfa Xasayeva doktorant və dissertantların attestasiyasının nəticələri haqqında məlumat verib.

Sonda yekun müzakirələr aparılıb, təkliflər verilib və müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti