Logo

Tanınmış pedaqoq məktəblilərlə görüşəcək

05.12.2023 11:38 144 baxış
IMG

“Məktəbdə...” layihəsinin növbəti görüşü dekabrın 6-da paytaxtdakı 258 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov olacaq.

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər, mütaliə vərdişləri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Xəbər lenti