Logo

Tanınmış jurnalist BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə ustad dərsi keçib - FOTO

05.12.2023 12:47 146 baxış
IMG

Tanınmış jurnalist Ramilə Qurbanlı Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin III kurs tələbələrinə ustad dərsi keçib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

“Mediada ixtisaslaşma” fənni çərçivəsində qonaq olan jurnalist mədəniyyət və incəsənət jurnalistikası haqqında tələbələrə ətraflı məlumat verib. Tanınmış jurnalist mədəniyyət və incəsənət jurnalistikasının özəllikləri, dil-üslub xüsusiyyətləri, janr müxtəlifliyi, yazı texnikası, bu sahədə etik qaydaları əyani misallarla izah edib. Tanınmış mədəniyyət xadimləri ilə müsahibələr zamanı yaşanan maraqlı məqamları, xatirələrini bölüşüb.

İnteraktiv formada keçən dərsin sonunda Ramilə Qurbanlı tələbələrin suallarını cavablandırıb və onlara öz kitablarını hədiyyə edib.

Xəbər lenti