Logo

Coğrafiya İnstitutunun əməkdaşları dağlar ADAPT layihəsi üzrə tədbirdə iştirak ediblər - FOTO

05.12.2023 14:04 173 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları baş direktor, professor Zakir Eminov, şöbə müdiri, dosent Mirnuh İsmayılov, baş elmi işçi, dosent Natəvan Cəfərova və elmi işçi Emil Cəbrayılov Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) və Dağ Regionlarının Davamlı İnkişafı üzrə Qafqaz Şəbəkəsinin (Dayanıqlı Qafqaz) layihəsi çərçivəsində onlayn məsləhətləşmələrdə iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Dağlar ADAPT layihəsi Cənubi Qafqaz və Şərqi Afrika icmasının tərəfdaş dövlətləri üçün kiçik qrant maliyyələşdirmə sxemi vasitəsilə dağlıq ərazilərdə iqlim dəyişikliyinə uyğunlaşma üçün yerli səviyyədə fəaliyyət göstərmək məqsədi daşıyır.

Xəbər lenti