Logo

MDU kollektivi xüsusi qayğıya ehtiyacı olan uşaqları ziyarət ediblər

05.12.2023 14:34 132 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqogika və psixologiya kafedrasının bir qrup əməkdaşı Mingəçevir şəhər Uşaq Nevroloji Sanatoriyasında və Uşaq və Ailələrə Dəstək Mərkəzində xüsusi qayğıya və dəstəyə ehtiyacı olan uşaqları ziyarət ediblər.

Bu barədə "Tehsil.biz"ə MDU-dan məlumat verilib.

Ziyarət zamanı MDU əməkdaşları mərkəz və sanatoriyanın fəaliyyəti ilə yaxından tanış olub, uşaqlarla səmimi söhbət aparıb, onların müalicəsi, təlim və təbiyəsi ilə bağlı görülən işlərlə maraqlanıb, mənəvi-psixoloji dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, cəmiyyətə faydalı sosial xidmətlər göstərməyi əsas missiyalarından biri kimi müəyyən edən MDU-da müxtəlif formatlı sosialyönümlü tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verirlir.

Xəbər lenti