Logo

“Səriştə əsaslı müsahibələr və onların təhlili” mövzusunda təlim baş tutub

05.12.2023 17:39 176 baxış
IMG

4-5 dekabr 2023-cü il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında olan əməkdaşlıq çərçivəsində “Səriştə əsaslı müsahibələr və onların təhlili” mövzusunda nəzəri və praktik hissələrdən ibarət təlim keçirilib.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, təlim zamanı DİM-in Psixoloji iş və maarifləndirmə sektorunun müdiri Xavər Dadaşova və aparıcı məsləhətçisi Gülü Əliyeva tərəfindən səriştələr, müsahibə növləri, səriştə əsaslı müsahibənin xüsusiyyətləri, keçirilmə qaydası, müsahibə zamanı istifadə olunan qiymətləndirmə meyarları barədə iştirakçılara məlumat verilib. Səriştə əsaslı müsahibələr çərçivəsində istifadə olunan sualların düzgün formalaşdırılması məqsədilə praktik tapşırıqlar üzərində işlənilib. Təlim zamanı iştirakçıların sualları cavablandırılıb və bir sıra müzakirələr aparılıb.

Qeyd edək ki, dövlət qurumları, özəl sektor və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

Xəbər lenti