Elm və Təhsil Nazirliyinin 2023-cü il üzrə Fəaliyyət Planında müəyyənləşdirilmiş altfəaliyyətə uyğun olaraq “SABAH” qrupları layihəsinin yeni işə qəbul edilmiş müəllim heyəti üçün peşə bacarıqlarının təkmilləşdirilməsi istiqamətində təlimlər keçirilib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, təlimlər müddətində 61 müəllimə “Sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi qaydaları” və “Tələbəyönümlü öyrənmə, öyrətmə və qiymətləndirmə” başlıqlarına uyğun məlumatlar təqdim edilərək mövzu ətrafında müzakirələr aparılıb.