Logo

Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO

05.12.2023 19:58 371 baxış
IMG

Paytaxt məktəbində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Qadın Gündəliyi Milli Dialoq Platformasının təsisçisi Pərvanə Məmmədova uzun illərdir ki, dünya dövlətlərinin hər il noyabrın 25-dən başlayaraq 16 günlük fəallıq kampaniyası çərçivəsində keçirilən “Qadınlara qarşı zorakılığa yox deyək!” layihəsi barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihə çərçivəsində “Məktəblinin dostu” ilə birgə gender bərabərsizliyinin aradan qaldırılması, şagirdlərin bu barədə biliklərinin artırılması istiqamətində təhsil müəssisələrində maarifləndirici görüşlər keçirilib.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Məleykə Əlizadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Sevinc Məmmədova insan hüquq və azadlıqlarının ali dəyər sayıldığı cəmiyyətimizdə gender bərabərliyinin təmin olunması istiqamətində həyata keçirilən layihələr, ölkəmizdə qadın hüquqlarının təminatı və gender probleminin həllinə dair reallaşdırılan silsilə tədbirlərdən söz açıblar.

Daha sonra tədbir iştirakçıları şagirdlərlə gender bərabərliyi mövzusunda söhbət aparıblar.

Xəbər lenti