Türkiyənin Antalya şəhərində keçirilən IV Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri Konqresində Azərbaycanı AMEA Folklor İnstitutunun əməkdaşları təmsil ediblər.
Folklor İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, konqresdə Müasir folklor şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucovun “Orta əsr İslam ölkələrində riyaziyyat: yeni yanaşmalar və inkişafa doğru” mövzusunda, Mərasim folkloru şöbəsinin böyük elmi işçi Xəzangül Məmmədovanın “İslam dinində və elmdə riyaziyyat: ədədlər, rəqəmlər, onların sirli və mistik mənaları” mövzusunda məruzələri dinlənilib.
Onlar məruzələrinə görə təşəkkürnamə ilə təltif olunublar.
Konqresə dünyanın 15-dən çox ölkəsindən nüfuzlu elm adamları qatılıblar. Konqresə ümumilikdə 2 mindən çox elmi məqalə göndərilib və onlardan 400-ü tədbirin proqramına salınıb.