Logo

Azərbaycan filmləri “Yaradıcı Həftə” çərçivəsində ali məktəblərdə nümayiş olunub - FOTO

05.12.2023 20:19 190 baxış
IMG

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində dövlət dəstəyi ilə istehsal olunmuş filmləri tamaşaçılara daha yaxından tanıtmaq və gənc nəslin milli-mədəni ruhda formalaşmasına töhfə vermək məqsədilə ölkənin aparıcı ali təhsil müəssisələrində film nümayişləri təşkil olunub.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, tədbirlər çərçivəsində “Qisas almadan ölmə”, “Olimpia”, “Biz”, “Canavar ovu”, “Qafqaza qayıdış” kimi bədii və sənədli filmlər ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Texniki Universitetində müəllim və tələbələrin iştirakı ilə nümayiş etdirilib.

Eyni zamanda, filmlərin yaradıcı heyətləri, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin əməkdaşlarının da iştirak etdiyi nümayişlərdə təqdim olunan filmlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Xəbər lenti