Logo

MDU Ukraynada beynəlxalq konfransda təmsil olunub - FOTO

05.12.2023 20:34 106 baxış
IMG

Mingəçevir Dövlət Universiteti (MDU) 2023-cü ilin noyabrın 23-də Ukrayna Təhsil və Elm Nazirliyinin və Kiyev Milli Texnologiyalar və Dizayn Universitetinin (KNUTD) təşkilatçılığı ilə “Mexatronika sistemləri: innovasiyalar və mühəndislik” mövzusunda VII beynəlxalq elmi və praktiki konfransda təmsil olunub.

Bu barədə "Tehsil.biz"ə MDU-dan bildirilib.

Mexatronika sahəsində aktual mövzuları müzakirə etmək məqsədi daşıyan tədbirdə Azərbaycan daxil olmaqla dünyanın 7 ölkəsindən 200-ə yaxın iştirakçı toplanıb.

Hibrid formatda keçirilən konfransın açılışında KNUTD rektoru İvan Qrişenkonun adından prorektor Volodimir Statsenko, MDU-nun rektoru Şahin Bayramov və digər qonaq mütəxəssislər salamlama nitqi ilə çıxış ediblər.

Plenar iclasdan sonra, konfrans işini “Mexatronika, elektrik və elektromexanika sistemlərinin innovasiyaları və mühəndislik”, “İnformasiya və kompüter-inteqrasiya texnologiyaları” və “Cəmiyyətin rəqəmsallaşması şəraitində təhsilin keyfiyyətinin təmin edilməsi” adlı 3 bölmə iclasında davam etdirib.

Qeyd edək ki, konfransa MDU əməkdaşları tərəfindən 10 məqalə təqdim edilib.

Xəbər lenti