Logo

“İçərişəhər” Qoruğu İdarəsi ilə Özbəkistanın “İçan-Qala” Dövlət Muzey Qoruğu əməkdaşlıq edəcək

05.12.2023 21:12 168 baxış
IMG

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQ) İdarə Heyətinin sədri Şahin Seyidzadə Özbəkistan Respublikasının Xarəzm vilayəti hökumətinin nümayəndəsi Maksud Bekçanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qoruq İdarəsindən "Tehsil.biz"ə bildirilib ki, görüşdə iki tarixi qoruq arasında “Qarşılıqlı Anlaşma və Əməkdaşlıq haqqında Protokol” imzalanıb.

“İçərişəhər” DTMQ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə və “İçan-Qala” Dövlət Muzey Qoruğunun direktor müavini Rustom Erniyazov tərəfindən imzalanmış protokolun əsas məqsədi iki qurum arasında mədəni irsin təşviqi, turizm və mədəniyyət sahələrində birgə tədbirlərinin təşkili istiqamətində əməkdaşlığın həyata keçirilməsi və bununla da iki ölkə arasında münasibətlərin genişləndirilməsi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.

Sonra qonaqlar Qoruq İdarəsinin tabeliyində fəaliyyət göstərən “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Xəbər lenti