Logo

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Dünya Torpaq Günü münasibətilə tədbir keçirilib - FOTO

05.12.2023 22:28 146 baxış
IMG

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 5 dekabr - Dünya Torpaq Günü münasibətilə tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açıb.

Sonra AMEA-nın müxbir üzvü Amin İsmayılov “Torpaq və su həyatımızın mənbəyidir” mövzusunda geniş məruzə ilə çıxış edib. Alim çıxışında  bildirib ki, bu günün keçirilməsi Beynəlxalq Torpaq Elmləri Birliyi (IUSS) tərəfindən 2002-ci ildə tövsiyə edilib və 2014-cü ildən BMT Baş Assambleyası tərəfindən 5 dekabr rəsmi olaraq Dünya Torpaq Günü kimi qeyd edilir. Qeyd edib ki, Dünya Torpaq Günü insanları torpağın müstəsna əhəmiyyəti haqqında məlumatlandırmağa yönəlib.

Daha sonra AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Dünyada iqlim dəyişməsi, Azərbaycanda su problemləri” adlı məruzə ilə çıxış edib. Alim məruzəsində Azərbaycanda torpaq və su ehtiyatlarından istifadə vaxtı nöqsanlar və onların aradan qaldırılması yolları haqqında məlumat verib. Həmçinin Dünya Torpaq Gününün önəmindən bəhs edərək qeyd edib ki,  bu gün  torpağın əhəmiyyətinə diqqət ayırmaq, torpaq və su ehtiyatlarının davamlı idarə olunmasını təbliğ etmək məqsədilə keçirilir.

Tədbirin sonunda Əlövsət Quliyevin məsləhətçiliyi ilə çəkilən “İçməli su” sənədli filmi nümayiş olunub.

Xəbər lenti