Logo

ADU-nun müəllimləri konfransda iştirak ediblər

05.12.2023 23:49 143 baxış
IMG

Dekabrın 3-də Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nəzdində fəaliyyət göstərən Regionşünaslıq kafedrasının müəllimləri – p.ü.f.d. Günay Məmmədova, b/m Şəfa Əbdürrəhimova, Kəmalə Qurbanlı Azərbaycan- Fransız Universitetində təşkil olunan, BMT-nin qlobal hərəkatı olan “HeForShe Azerbaijan” tərəfindən həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşən “Kişilər gender bərabərliyi üçün fəaliyyətdə” adlı layihənin yekun konfransında iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə ADU-dan məlumat verilib.

Bildirilib ki, konfrans zamanı müxtəlif mövzularda panel müzakirələr aparılıb.

Tədbirdə “HeForShe Azerbaijan”nın rəhbəri Səadət Ağayeva, ADA Universitetinin müəllimi professor Anar Vəliyev və bir neçə QHT rəhbərlərinin spikerliyi ilə maraqlı fikir mübadiləsi aparılıb. Səadət Ağayeva “HeForShe Azerbaijan”nın gender bərabərliyi istiqamətindəki fəaliyyətindən və əldə olunmuş nəticələrdən danışıb. Eyni zamanda layihə əməkdaşları “Kişilər gender bərabərliyi üçün fəaliyyətdə” adlı layihənin həyata keçirilməsində kişilərin rolu, onların müxtəlif rayonlarda fəaliyyətinin nəticəsi haqqında məlumat verib.

Tədbir konfrans iştirakçılarını maraqlandıran sualların cavablandırılması ilə davam edib, sonda isə gender bərabərliyinə həsr olunan müxtəlif mövzularda vörkşoplar təşkil olunub.

Xəbər lenti