Logo

BMU-nun Mühəndislik fakültəsində qrup nümayəndələri ilə görüş keçirilib - FOTO

06.12.2023 09:42 143 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) qış imtahan sessiyasına hazırlıq məqsədilə Mühəndislik fakültəsinin qrup nümayəndələri ilə görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Fakültənin dekanı, dosent Hüseyn Mirzəyev 2023/2024-cü tədris ilinin birinci semestrinin başa çatması ilə əlaqədar tədris prosesinin ümumi göstəricilərindən söz açıb. SDF (semestr daxili fəaliyyət) qiymətləndirməsinin yekunlaşdığını, imtahanların təşkili ilə əlaqədar işlərə başlanıldığını diqqətə çatdıran dekan nəticələri aşagı olan tələbələriə qalan müddət ərzində maksimum dərəcədə müəllimlərlə əlaqə saxlayıb məsləhət saatlarına gəlmələrini tövsiyə edib.  O, tələbələrin sərbəst işlərinin qiymətləndirilməsi, eyni zamanda təcrübə proqramlarına qoşulmaları ilə bağlı mövzulara da toxunub.

Fakültənin Tədris işləri üzrə dekan müavini Osman Mirzəyev qış imtahan sessiyası prosesində tələbə biliklərinin qiymətləndirilməsi zamanı şəffaflığın və obyektivliyin əsas götürüldüyünü, imtahanlarda yüksək göstəricilərlə yanaşı, davranış qaydalarına da ciddi riayət olunmasının vacibliyini vurğulayıb. Dekan müavini qrup nümayəndələrinə yaranacaq problemlərlə bağlı dekanlığa məlumat verməli olduqlarını bildirib.

Görüşün sonunda tələbələri maraqlandıran sualları cavablandıran fakültə rəhbərliyi imtahanlarda tələbələrə uğurlar arzulayıblar.

Xəbər lenti