Logo

Milli Aviasiya Akademiyasının institut direktorunun müavini vəfat edib

06.12.2023 10:20 188 baxış
IMG

Milli Aviasiya Akademiyasının (MAA) Elmi İstehsalat Birliyinin Elmi-Tədqiqat, Nəqliyyat və Aerokosmik Problemləri İnstitutunun direktor müavini, Əməkdar mühəndis, texnika elmləri doktoru, professor Telman Nizamov vəfat edib.

Tehsil.biz xəbər verir ki, o, 84 yaşında vəfat edib.

T.Nizamovun ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.

Mərhum Ağdaş rayonunda dəfn olunub.

Xəbər lenti