Logo

"Məktəblərdə məişət zorakılığı ilə bağlı ayrıca fənnin tədris olunması doğru deyil"

06.12.2023 11:01 236 baxış
IMG

"Məişət zorakılığının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər olduqca vacibdir. Ancaq bunun məktəbdə ayrıca fənn kimi salınması doğru deyil".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev dekabrın 6-da Bakıda keçirilən "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib

Nazirin sözlərinə görə, çox aşağı yaşlardan fənlərin məzmununda zorakılığının formaları ilə bağlı maarifləndirmə aparılmalıdır:

"Biz başa düşməliyik ki, bu mexaniki proses deyil, insan dəyərlərindən irəli gələn davranışdır. Koronavirus dövründə şagirdlər evdə qaldığı zaman onlara qarşı şiddət və zorakılıq faktlarını təsbit etmişik. Bu barədə müvafiq qurumlara məlumat vermişik və əməkdaşlığımız davam edir".

Kənan Nağıbəyli

Xəbər lenti