Dekabrın 6-da Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov vətəndaş qəbulu həyata keçirib.
DİM-dən "Tehsil.biz"ə bildirilib ki, görüşdə dövlət qulluğunda ehtiyat kadrlar siyahısından analoji vakant vəzifəyə təyin edilməsinə kömək göstərilməsi ilə bağlı bir vətəndaşın müraciətinə baxılıb.
Vətəndaşa müraciəti ilə bağlı ətraflı izahat verilib, habelə qeyd olunan məsələnin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün Mərkəzin aidiyyəti struktur bölməsinə müvafiq tapşırıq verilib.