Dövlət İmtahan Mərkəzi imtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə və təlimlərə başlayır.
Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, müsahibələrə 4 dekabr 2023-cü il tarixinədək elektron qaydada DİM-in saytında qeydiyyatdan keçmiş 634 yeni namizəd dəvət olunacaq.
Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq müsahibələr DİM-in inzabati binasında (ünvan: Bakı ş., Nəsimi r., Həsən Əliyev küçəsi, 299) və regional bölmələrində (https://dim.gov.az/contacts/index.php) təşkil olunacaq.
Müsahibə günü, saatı və ünvanı namizədə elektron anketdə daxil etdiyi e-poçt və ya mobil telefon nömrəsi vasitəsilə bildiriləcək.
Müsahibəyə gələrkən aşağıdakı sənədlər təqdim edilməlidir:
1. Müsahibəyə gələn əməkdaşın şəxsiyyət vəsiqəsi və surəti;
2. “Buraxılış rejimini aparan əməkdaşın anketi” (dim.gov.az saytında (https://eservices.dim.gov.az/muhafize_qeyd/userlogin.aspx) elektron anket təsdiq etdikdən sonra çap edilərək namizəd tərəfindən imzalanır);
3. İş yerindən arayış (iş yeri olduğu halda);
4. Bank rekvizitləri (Rekvizitlərin aid olduğu bankdan möhürlü kağız formasında alınmalıdır);
5. Təhsil haqqında sənədin əsli və surəti;
6. Məhkumluğun olmamasına dair arayış;
Qeyd: Təqdim edilmiş məlumatlar müvafiq dövlət qurumlarının elektron informasiya bazalarında yoxlanılacaq və məlumatlarda hər-hansı uyğunsuzluq aşkar edilərsə, namizədin müraciəti ləğv olunacaq.
Müsahibədən uğurla keçən şəxslər müvafiq təlimə cəlb olunacaqlar.
Müsahibə və təlimlər ödənişsizdir.