Logo

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu İstanbul Universiteti ilə əməkdaşlığı genişləndirir - FOTO

06.12.2023 15:29 210 baxış
IMG

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Aygün İsazadə və Nərgiz Rəhimlinin ezamiyyət zamanı İstanbul Universiteti Əczaçılıq fakültəsinin Analitik kimya bölməsinin əməkdaşı, professor Zeynep Aydoğmuş ilə görüşü olub.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

İnstitutun əməkdaşları İstanbul Universitetinin Analitik kimya laboratoriyasında avadanlıqlarla tanış olublar, eyni zamanda, alınmış təcrübi nəticələrin Termoqravimetrik (TGA) və İnduktiv Birləşdirilmiş Plazma Kütlə Spektrometriyası (ICP-MS) analizi və birgə tədqiqat işləri ilə bağlı müzakirələr aparıblar.

Görüşdə elmi əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi haqqında razılıq əldə edilib.

Xəbər lenti