Sumqayıt Dövlət Universitetinin rektor müşaviri vəzifəsinə təyinat olub.
Tehsil.biz xəbər verir ki, bu vəzifəyə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin 2006-cı il məzunu, dosent İsmayıl Teyyub oğlu İsmayılov təyin edilib.
Qeyd edək ki, o, əmək fəaliyyətinə Moskvada kimyaçı-mütəxəssis olaraq başlayıb, daha sonra Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda aparıcı elmi işçi, Baş texnoloq, Baş elmi işçi vəzifələrində çalışıb.
Ümumilikdə 110-dan çox elmi əsərin, o cümlədən 3 patentin və 1 monoqrafiyanın müəllifidir. Elmi əsərlərinin 40-dan çoxu dünyanın nüfuzlu elmi jurnallarında çap olunub.