Logo

Akademik Əli Abbasov İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi üzrə Beynəlxalq Şərq Konfransında iştirak edib

06.12.2023 16:31 264 baxış
IMG

Türkiyənin Erzurum şəhərində hibrid formada İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi üzrə Beynəlxalq Şərq Konfransı (IECHCI2023) keçirilib.

Tehsil.biz xəvər verir ki, konfrans Atatürk Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sabancı Universiteti və Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu (İSİ) tərəfindən təşkil edilib.

Tədbirdə çıxış edən İSİ-nin baş direktoru, akademik Əli Abbasov informasiyanın emalı prosesində həlledici rol oynayan təbii dillərin emalı modeli əsasında tətbiqi süni intellekt sistemlərinin, o cümlədən intellektual tətbiq proqramlarının yaradılması sahəsində rəhbərlik etdiyi elmi müəssisədə həyata keçirilən tədqiqat və təkmilləşdirmə işlərindən bəhs edib, bu istiqamətdə qurulan əməkdaşlıq əlaqələrindən söz açıb. Dil sistemlərinin onların öyrədildiyi nitq və mətn korpusunun keyfiyyəti və mübadiləsindən asılı olduğunu bildirən akademik az rəqəmsal linqvistik resurslara malik dillər üçün kifayət qədər böyük korpuslar yaratmaq mümkün olmadığından daha az yayılmış dillərdə informasiyanın işlənilməsi üçün yüksək keyfiyyətli intellektual sistemlərin yaradılmasında problemlər yarandığını qeyd edib. Rəhbərlik etdiyi institutda Startup. “Robotronics” şirkəti ilə birlikdə əldə edilən nəticələrdən söz açan Ə.Abbasov 10 000 saat həcmində Azərbaycan dilinin nitq, 300 milyon cümlədən ibarət mətn, 3 milyarda yaxın söz formasından ibarət olan rəqəmsal korpusun yaradıldığını, onun əsasında isə chat-bot tipli sistemin hazırlanaraq çağrı mərkəzləri və əhaliyə xidmət sahələrində uğurla tətbiq edildiyini diqqətə çatdırıb.

Xəbər lenti