Logo

“Borusan Cat Azərbaycan” şirkətinin rəhbəri ADNSU-da olub - FOTO

06.12.2023 18:51 124 baxış
IMG

Dekabrın 6-da “Borusan Cat Azərbaycan” şirkətinin direktoru Ömer Emre Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovla görüşüb.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Şirkətin nümayəndələri Aytən Məmmədova və Toğrul Rüstəmlinin, eyni zamanda ADNSU-nun “Neft-mexanika” fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov və rektorun Universitet-sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədovun da iştirak etdiyi görüşdə mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və daha da inkişaf etdirilməsindən bəhs olunub.

Xəbər lenti