Logo

ADU-da AzTV-nin jurnalisti Kamil Eldaroğlu ilə görüş keçirilib - FOTO

06.12.2023 19:03 219 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının Beynəlxalq jurnalistika ixtisası üzrə müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Hüseynovanın təşəbbüsü ilə AzTV-nin jurnalisti Kamil Eldaroğlunun jurnalistika ixtisasında təhsil alan tələbələrlə görüşü keçirilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə dosent A.Hüseynova Kamil Eldaroğlunun jurnalistika sahəsindəki fəaliyyəti haqqında məlumat verib.

Sonra Kamil Eldaroğlu konfilikt jurnalistikasında peşəkarlıq məsələsi ilə bağlı fikirlərini tələbələrlə bölüşüb. Qonaq, həmçinin, müharibə zamanı mediadakı "fake news", 44 günlük Vətən müharibəsi, Fransada çəkiliş zamanı "Aztv" xəbər komandasının yaşadığı gərginlik, İsrail-Həmas müharibəsi zonalarında jurnalistin davranış qaydaları və başqa mövzular ətrafında maraqlı mövzulara toxunub.

Görüş tələbələrin sualları ilə davam edib.

Xəbər lenti