Logo

“Qəlbimizin səsi” adlı konsert təşkil olunub - FOTO

06.12.2023 19:57 225 baxış
IMG

Beynəlxalq Muğam Mərkəzində xanəndə Rəvanə Qurbanova və tarzən Rövşən Qurbanovun “Qəlbimizin səsi” adlı konserti təşkil olunub.

Muğam Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, konsertdə tanınmış musiqi xadimləri, ifaçıların müəllimləri iştirak edib.

Muğam, xalq və bəstəkar mahnılarından ibarət konsert proqramında şən-şux nəğmələr, Rövşən Qurbanovun sənət dostları ilə birgə duet ifaları, tələbələrinin çıxışları yaddaqalan anlar bəxş edib.

Xalq artistləri Vamiq Məmmədəliyеv, Ramiz Quliyev, Mənsum İbrahimov çıxışlarında Rövşən Qurbanovun tarzən kimi fəaliyyətini yüksək dəyərləndirərək cütlüyü təbrik ediblər.

2007-ci ildə keçirilən Muğam Televiziya Müsabiqəsinin laureatı, eyni zamanda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olan Rəvanə Qurbanovanın sənətdəki uğurlarından söz açan Mənsum İbrahimov ifaçıya sənət yolunda uğurlar arzulayıb.

Konsert proqramı ifaçıların rəngarəng çıxışları ilə yadda qalıb.

Xəbər lenti