Logo

AMEA-nın prezidenti Hüquq və İnsan Haqları İnstitutunun yubiley tədbirində iştirak edib - FOTO

06.12.2023 21:13 219 baxış
IMG

Dekabrın 6-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə, Hüquq və İnsan Haqları İnstitutunun 25 illik yubileyinə və Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli də iştirak edib.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, vvəlcə institut əməkdaşlarının hüququn müxtəlif sahələrinə dair yeni çapdan çıxmış kitablarının təqdimatı olub.

Yubiley tədbirini giriş sözü ilə açan Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan müəssisədə 25 il ərzində görülən işlər barədə məlumat verib. Bildirib ki, bu müddət ərzində institutda 228 elmi iş müdafiə olunub, 700-dən çox tələbə və məzunun təcrübə keçib, 1500-ə yaxın kitab, dərslik və məqalə dərc edilib, 150-dən çox qanuna təklif və rəylər hazırlanıb, habelə yüzlərlə şəxs insan hüquqları ilə bağlı təlimlərə cəlb edilib.

O, həmçinin yeni yaradılan “Ulu Öndər Heydər Əliyev adına Virtual Hüquq Kitabxanası”nda 60 mindən çox endirilmə statistikasının olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov, İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Həbib Abdullayev, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Rokkasalvo Azərbaycanda insan hüquqları sahəsində aparılan islahatlar və nailiyyətlər barədə məlumat veriblər.

“Azərbaycanda hüquq elminin mövcud problemləri, yeni prioritetləri və perspektivləri” mövzusunda aparılan müzakirədə müxtəlif ali təhsil ocaqlarının hüquqşünas alimləri və dövlət qurumlarının əməkdaşları hüquq elminin inkişafı ilə bağlı təkliflər səsləndirib, bu sahədə görüləcək işlərə dair fikir mübadiləsi aparıblar.

Xəbər lenti