Logo

Riyaziyyat və Mexanika İnstitutunda “SABAH” qruplarının nümayəndələri ilə görüş keçirilib

06.12.2023 21:47 207 baxış
IMG

Riyaziyyat və Mexanika İnstitutunda Elm və Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsi ilə görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

“SABAH” qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev və ali təhsil müəssisələri üzrə “SABAH” Mərkəzinin rəhbərləri qonaq olublar. Qonaqlar institutun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovla görüşüblər.

Görüşdə Eldar Qocayev “SABAH” qruplarının yaranma tarixi haqqında məlumat verib, bu günlərdə qruplarda magistratura səviyyəsinin 14 ixtisas üzrə fəalliyyətə başladığını bildirib. Qeyd edib ki,bu qrupların yaradılması məqsədi və məramları, elmlə təhsilin inteqrasiyası, SABAH qrupu tələbələrinin elmi-tədqiqat laboratoriyalarında tədqiqatlarda iştirakının vacibliyi, magistr ixtisasları hazırlığı üzrə institutun imkanları müzakirə edilib.

Görüşdə tədris prosesinin təkmilləşdirilməsi, ixtisasların müəyyənləşdirilməsi, gələcək əməkdaşlıq sahələri və bu istiqamətdə Riyaziyyat və Mexanika İnstitutunun verə biləcəyi dəstək və töhfələr müzakirə olunub.

Qeyd edək ki, SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.

Xəbər lenti