Logo

Müəllim olmaq arzusunda olan qadın 38 yaşında orta məktəbə getdi

01.04.2021 09:43 684 baxış
IMG

Uqandanın Budaka əyalətində yaşayan 38 yaşlı, beş uşaq anası qadın müəllim olmaq arzusunu reallaşdırmaq üçün 30 ildən sonra orta məktəbə dərsə gedib.

 

NBS TV xəbər verir ki, Harriet Kanyaqo adlı qadının özündən 30 yaş kiçik məktəblilərlə bir sırada dayanması ərtafdakıların marağına səbəb olub.

 

38 yaşlı qadın ibtidai sinif müəllimi kimi çalışmaq istədiyini və İngilis dilini öyrənməyə başladığını bildirib.

 

H.Kanyaqo azyaşlı uşaqlarının qayğısına qaldığına görə oxumağa vaxt tapmadığını, amma təhsil almağın heç vaxt gec olmadığını söyləyib.

Xəbər lenti