Logo

Heydər Əliyev Sarayında uşaqlar üçün əyləncəli-interaktiv Yeni il şənlikləri keçiriləcək

06.12.2023 22:45 170 baxış
IMG

Yanvarın 2-3-də Heydər Əliyev Sarayında uşaqlar üçün əyləncəli-interaktiv Yeni il şənlikləri keçiriləcək.

Sarayın mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, uşaqlara nağıl qəhrəmanlarının iştirakı ilə, böyük Şam ağacının ətrafında musiqili, əyləncəli və interaktiv nağıl-tamaşa təqdim olunacaq. Bundan əlavə, Yeni ilin sevilən personajları Şaxta baba və Qar qız uşaqlarla görüşəcək və onları mahnılar, rəqslər, oyunlar, Yeni il zarafatları ilə sevindirəcək.

Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, həmçinin milli və xarici musiqilərə hazırlanmış rəqslər və sürprizlər nağıl-tamaşaya xüsusi rəng qatacaq. Uşaqlar sehrli və heyrətamiz nağıl dünyasına səyahət edəcəklər.

Xəbər lenti