Logo

SDU “UI Green Metric”in beynəlxalq reytinqində - FOTO

06.12.2023 23:03 280 baxış
IMG

“UI Green Metric”in beynəlxalq reytinq sisteminin 2023-cü il üzrə nəticələri açıqlanıb.

Tehsil.biz xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin (SDU) adı ilk dəfə olaraq bu reytinqdə yer alıb.

“UI Green Metric” dünya üzrə universitet infrastrukturunu təkmilləşdirmək, universitetlərin fəaliyyətini və cəmiyyətə təsirinin davamlılığının ölçülməsi  istiqamətində fəaliyyət göstərmək üçün könüllü standart yaradılmış ilk reytinqdir.

Universitetləri qiymətləndirmək üçün istifadə olunan “Green metric” reytinqi əsasən ali təhsil müəssisələrinin davamlılıq və ətraf mühitə təsir məsələlərini ölçmək üçün 39 indikator və 6 meyar üzrə qiymətləndirmələr aparır. İnfrastruktur, enerji və iqlim dəyişikliyi, təhsil və tədqiqat, su və nəqliyyat resursları üzrə ATM-lərin təsir gücünə görə sıralamalar aparan bu reytinqdə SDU-nun ümumi balı 1425-dir.

Reytinqdə iştirak etməklə universitetlər avtomatik qlobal şəbəkənin üzvü olaraq, ali təhsil müəssisəsinin davamlılıq siyasətini və fəaliyyətini qlobal arenaya çıxarmaqla beynəlxalq nüfuzunun yüksəlməsinə töhfə verir.

Afrika, Asiya, Yaxın Şərq, Cənubi Amerika və Avropanın 30 ölkəsindən ATM-ın iştirak etdiyi bu reytinqdə Azərbaycan hazırda 4 universitetlə təmsil olunur.

Xəbər lenti