Logo

Azərbaycanda güclü zəlzələ baş verib - YENİLƏNİB

07.12.2023 08:50 137 baxış
IMG

Xəzər dənizində zəlzələ olub.

Tehsil.biz xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.

08:19

Azərbaycanda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, ilkin məlumata əsasən Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunub.

Xəbər lenti