Logo

Zəlzələyə görə şagirdlər evə göndərilir? - RƏSMİ AÇIQLAMA

07.12.2023 09:25 227 baxış
IMG

"Bəzi məktəblərdən valideynlərə xəbər göndərilib".

Tehsil.biz xəbər verir ki, bu barədə Elyar İslamoğlu sosial şəbəkədə paylaşım edib.

O, zəlzələnin daha böyük bir dalğası olacağı ehtimalı ilə şagirdlərin evə göndərildiyini qeyd edib.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, təhsil müəssisələrində tədris davam etdirilir.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.

Kənan Nağıbəyli

Xəbər lenti