Logo

"Magistr dissertasiyaları üçün tədqiqat metodları” adlı təlim keçirilib

07.12.2023 10:39 176 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) SABAH Mərkəzinin təşkilatçılığı ilə BDU-nun SABAH qruplarının magistratura səviyyəsində təhsil alan tələbələrinə “Magistr dissertasiyaları üçün tədqiqat metodları” mövzusunda təlim keçirilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

BDU-nun müəllimi və Ankara Universitetinin doktorantı Qoşqar Bəylərov tərəfindən keçirilən təlimdə SABAH qruplarının müvafiq ixtisasları üzrə magistrlərə  elmi tədqiqat işi, tədqiqat metod və texnikaları, dissertasiyanın yazılma qaydaları, ədəbiyyat mənbələrindən düzgün istifadə, ədəbiyyat siyahısının tərtibi, istinad mədəniyyəti, plagiatlıq, rəqəmsal tədqiqat yolları və elmi işlərin təqdimatlarının hazırlanma qaydaları haqqında ətraflı məlumat verilib.

İnteraktiv keçən təlimdə tələbələri maraqlandıran suallar cavablandırılıb. Həmçinin nümunələr əsasında fərqli ixtisaslardan olan tələbələrin dissertasiya mövzularında istifadə edə biləcəkləri tədqiqat metod və texnikaları haqqında geniş müzakirələr aparılıb.

Xəbər lenti