Logo

Zəlzələyə görə əhaliyə çağırış edildi

07.12.2023 12:22 161 baxış
IMG

"Zəlzələyə görə təşvişə düşməyə ehtiyac yoxdur".

Tehsil.biz xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bugünkü zəlzələ ilə bağlı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu gün baş verən zəlzələ güclü olmayıb.

Q.Yetirmişli bildirib ki, qeydə alınan afterşoklar nəticəsində enerji boşalmaları gedib:

"Yenidən həmin dərəcədə təkanlar gözlənilmir, günün sonuna qədər də azalmalar müşahidə olunacaq. Bu gün sadəcə bəzi ərazilərdə, əsas da çoxmərtəbəli yaşayış binalarında zəlzələ hiss olunub".

Kənan Nağıbəyli

Xəbər lenti