Logo

"Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb"

07.12.2023 12:59 206 baxış
IMG

“Zəlzələ baş verəndən dərhal sonra Bakı və digər ərazilər üzrə polis gücləndirilmiş iş rejiminə keçib. Panikaya düşməyə ehtiyac yoxdur".

Tehsil.biz xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev Respublika Seysmoloji Xidmət Mərkəzində bugünkü zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yol polisi, post patrul və digər əməkdaşlar öz sahələri üzrə aidiyyəti üzrə cəlb olunub:

"Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb. Polis əməkdaşları bütün lazımi işləri görür. Vətəndaşlara tövsiyə edirik ki, heç bir panikaya düşülməsin”. 

Kənan Nağıbəyli

Xəbər lenti