Logo

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Rusiyada keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib - FOTO

07.12.2023 13:54 208 baxış
IMG

Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Mürəkkəb dinamik sistemlərdə idarəetmə üsulları laboratoriyasının aparıcı elmi işçisi dosent Rəşad Məstəliyev Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Nalçik şəhərində keçirilən “Lokal olmayan sərhəd məsələləri və riyazi-biologiya, informatika və fizikanın əlaqəli problemləri” mövzusunda VII beynəlxalq konfransda iştirak edib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, dosent Rəşad Məstəliyev konfransın “Lokal olmayan fiziki, bioloji və sosial-iqtisadi proseslərin riyazi modelləşdirilməsi” seksiyasında professor Kamil Mənsimovla həmmüəllif olduğu “Stoxastik diskret idarəolunan sistemlərdə məxsusi idarələrin optimallığı haqqında” mövzusunda məruzə edib.

Qeyd edək ki, konfrans Rusiyanın Nalçik Tətbiqi Riyaziyyat və Avtomatlaşdırma İnstitutu, Qaraçay-Çərkəz Respublikasının Beynəlxalq Elmlər Akademiyası, Kabardin-Balkar Respublikası Dövlət Universiteti, Novosibirsk Riyaziyyat Mərkəzi, Özbəkistanın Romanov adına Daşkənd Riyaziyyat İnstitutu və Azərbaycanın Riyaziyyat və Mexanika İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib. Konfrans diferensial tənliklər, xüsusən də kəsr tərtib diferensial tənliklər sahəsində tanınmış alim, professor A.M.Naxuşevin 85 illiyinə həsr olunub.

Xəbər lenti