Logo

Ermənistanla sərhəd çaylarının suyunun ekstraksiya-fotometrik təyini üsulu işlənib-hazırlanıb - FOTO

07.12.2023 14:31 251 baxış
IMG

Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayevin Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasının müdiri professor Famil Çırağovla birgə elmi rəhbərlik etdiyi doktorant Tahir Cavadzadənin apardığı elmi tədqiqatların nəticələri “Journal of Analytical Chemistry” nəşrində növbəti məqalə şəklində dərc olunub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, məqalə N-əvəzli tiokarbamidin nikkel metalı ilə yeni kompleksinin alınması və bu kompleksdən istifadə etməklə respublikamızın Ermənistanla sərhəddə yerləşən Ağstafaçay və Çoğazçayın suyunun ekstraksiya-spektrofotometrik təyini üsulunun işlənib-hazırlanmasına həsr edilib.

Qeyd edək ki, “Journal of Analytical Chemistry” impakt faktorlu jurnal “Web of Science” bazasında arxivləşdirilən “Springer Nature” nəşriyyatına aiddir.

Xəbər lenti