Logo

AzTU ilə Özbəkistanın Cizzak Politexnik İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

07.12.2023 16:19 152 baxış
IMG

Özbəkistanın Cizzak Politexnik İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Camşid Abdunazarov Azərbaycana səfəri çərçivəsində AzTU-nun qonağı olub.

AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, qonaq rektor Vilayət Vəliyevlə görüşüb.

Rektor AzTU-nun beynəlmiləlləşməsi istiqamətində müxtəlif ölkələr, o cümlədən Özbəkistanın texniki ali təhsil müəssisələri ilə əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayıb.

Camşid Abdunazarov təmsil etdiyi ali təhsil müəssisəsində görülən işlər haqqında məlumat verib.

Sonda iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Xəbər lenti