Logo

Biologiya, aqrar və tibb elmləri üzrə Problem şurasının iclası keçirilib

07.12.2023 21:42 164 baxış
IMG

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Biologiya, aqrar və tibb elmləri üzrə Problem şurasının növbəti iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

İclasda Problem şurasının işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər. AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri akademik İradə Hüseynova “Zoom” proqramı üzərindən keçirilən iclası açaraq gündəlikdə duran məsələlər haqqında şura iştirakçılarını məlumatlandırıb.

İclasda tibb üzrə 13 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva və biologiya üzrə fəlsəfə doktoru Aytən Ağayeva tərəfindən təqdim edilib. Müzakirəyə çıxarılmış bəzi mövzuların adında dəyişikliklər edilməklə 12 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, 1 iş yenidən müzakirə üçün geri qaytarılıb.

Xəbər lenti