Logo

ADNSU-da Türkiyənin Haliç Universitetinin nümayəndələri ilə işçi görüş keçirilib - FOTO

07.12.2023 22:37 198 baxış
IMG

Dekabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Türkiyənin Haliç Universitetinin nümayəndələri ilə işçi görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova, Haliç Universitetinin Erasmus və Mübadilə Proqramları Koordinatoru Lale Çobanoğlu,  Baş Katib Burak Başkan, Beynəlxalq Təbliğat direktoru Seda Sevinçler və Beynəlxalq Əməkdaşlıq Departamentinin əməkdaşları iştirak ediblər.

Görüşdə birgə əməkdaşlıq oluna biləcək sahələr, Erasmus layihələrinin həyata keçirilməsi, bərpa olunan enerji, qida və neft sahəsində tələbə mübadiləsi ilə bağlı görülə biləcək işlər müzakirə edilib.

Xəbər lenti