Dekabrın 7-də Haute Alsace Universitetinin professoru Abdenacer Makhlouf Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Riyaziyyatda və digər sahələrdə n-ölçülü əməliyyatlar” mövzusunda seminar keçib.
Tehsil.biz xəbər verir ki, ADNSU-nun professor-çüəllim heyətinin və tələbələrin iştirak etdiyi seminarda alim n-ölçülü fəzadan n-1 ölçülü fəzaya keçid metodlarından bəhs edən təqdimatla çıxış edib. O, bu istiqamətdə öz yanaşmalarından, teoremlərindən və qaydalarından danışıb.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.