Logo

ARTİ metodist hazırlığı təlimlərini davam etdirir

08.12.2023 09:39 287 baxış
IMG

Təhsil İnstitutunun (ARTİ) Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən məktəblərdə metodik xidmətə cəlb ediləcək metodistlərin hazırlığı istiqamətində təlimlər davam edir.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, təlimlərin təşkilində məqsəd məktəblərdə metodik xidmət göstərmək üçün lazım olan bilik və bacarıqların təkmilləşdirilməsidir.

Təlim prosesi metodika və pedaqogika üzrə müxtəlif mövzuları əhatə edib. İnteraktiv şəkildə keçirilən təlimlərdə müəllimlərlə məktəbdaxili qiymətləndirmə, oxuyub-anlamanın səmərəli təşkili ilə əlaqədar praktiki fəaliyyətlər həyata keçirilib. Belə ki, müəllimlər diaqnostik, formativ və summativ qiymətləndirmə vasitələrinin nümunələrini hazırlayıblar və oxuyub-anlamanın səmərəli təşkili istiqamətində müxtəlif strategiyalar barədə müzakirələrdə aktiv iştirak ediblər.

Bununla yanaşı, müəllimlərlə keçirilən mövzuların həyatda tətbiqinin faydaları barədə geniş müzakirələr aparılıb. Müzakirə prosesində onları maraqlandıran suallar cavablandırılıb. Müəllimlərə keçirilən mövzularla bağlı metodistlik fəaliyyətində qarşıya çıxa biləcək problemlər və həlli yolları ilə bağlı tövsiyələr verilib.

Qeyd edək ki, metodistlərin hazırlığı istiqamətində təlimlərin mütəmadi olaraq həyata keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti