Logo

Tələbələr “Kur Fruit Company" MMC-də olublar - FOTO

08.12.2023 11:45 567 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Aqrar Gənclər Təşkilatının (AGT) bir qrup könüllüsü Ağstafa rayonunda yerləşən "Kur Fruit Company" MMC-nin Ceyrançöl ərazisində illərlə istifadəsiz qalmış, boz çöllərdə salınan intensiv tipli meyvə bağlarında olublar.

Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.

ADAU-nun Bağçılıq kafedrasının müdiri Allahverdi Seyidovun və Ege Universitetinin əməkdaşı Deniz Eroğulun rəhbərliyi ilə tələbələrə əmtəəlik məhsul istehsalı üçün müxtəlif cins-tumlu, çəyirdəkli, qərzəkli və subtropik meyvə bitkilərinin modern bağlarda vegetasiya dövrünün sonunda yaz-tarla işlərinə keçidlə əlaqədar müxtəlif yaşda olan, yeni tipli calaqaltılar üzərində sortların böyümə və inkişafındakı fərqləri, məhsuldarlığın səviyyəsini və ağacların bölgəyə adaptasiyası barədə məlumat verilib.

Həmçinin, budamanın tələbələrə əyani şəkildə göstərilməsi ilə yanaşı, məhsuldarlıqda fərqliliyin baş vermə səbəbləri və buna təsir edən amillərin kompleks təsiri əyani izah olunub.

Xəbər lenti